CSHGroup.az

Loading

Haqqımızda

“CSH Group” MMC haqqında

“CSH Group” MMC yüksək peşəkar standartlarla fəaliyyət göstərən və müştərilərinə etibarlı həllər təqdim edən bir şirkətdir. Şirkətimiz 2018-ci ildən təcrübəli komandası, müasir texnologiyaları və geniş xidmət spektri ilə müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir.

Fəaliyyət Sahələrimiz:

“CSH Group MMC” neft və qeyri-neft sektorlarında, həmçinin inşaat-tikinti layihələrində üçüncü tərəf inspeksiya və laboratoriya xidmətləri göstərir. Dənizdə və quruda həyata keçirilən layihələrdə yüksək standartlara uyğun xidmətlər təqdim edərək, təhlükəsizlik və keyfiyyətin təmin edilməsində mühüm rol oynayırıq.

Keyfiyyət və Təhlükəsizlik:

Şirkət İSO 17020 və İSO 17025 standartlarına uyğun olaraq sınaq və inspeksiya xidmətləri həyata keçirir. Fəaliyyətimiz İSO sertifikatları, akkreditasiya sənədləri və müvafiq icazələrlə təsdiq olunmuşdur. Məqsədimiz, beynəlxalq standartların tələblərinə uyğun olaraq təhlükə potensialı olan obyektlərdə, istehsalat və tikinti sahələrində baş verə biləcək qəza və hadisələrin qarşısını almaqdır.

Niyə CSH Group?

  • Təcrübəli Komanda: Sahəsində peşəkar və uzun illik iş təcrübəsinə malik mütəxəssislər.
  • Müasir Texnologiyalar: Ən son texnoloji avadanlıqlar və laboratoriya imkanları.
  • Keyfiyyətə Zəmanət: İSO standartlarına uyğunluq və beynəlxalq tələblərə cavab verən xidmətlər.
  • Müştəri Yönümlülük: Müştərilərin ehtiyaclarına uyğun olaraq fərdi yanaşma və vaxtında xidmət.

“CSH Group” MMC sizə üçüncü tərəf inspeksiya və laboratoriya xidmətləri sahəsində etibarlı və peşəkar bir tərəfdaş olmaq üçün hazırdır. Bizimlə əməkdaşlıq edərək, layihələrinizdə yüksək keyfiyyət və təhlükəsizlik standartlarını təmin edə bilərsiniz.