Dəyişən Tezlikli Çeviricilər (VFD) Nədir?

Qısa qapanma cərəyanları haqqında məlumat

Mümkün maksimal cərəyanların hesabatı metallik qısaqapanma (Q.Q) üçün yerinə yetririlir. Neytralı yerlə bilavasitə birləşdirilmiş elektrik sistemlərində dörd növ Q.Q vardır ki, bunlar bir-birindən fərqləndirilir. Onlardan ən çox rast gələnini birfazlı Q.Q–dir. Bu cür Q.Q–nin yaranma ehtimalı şəbəkədəki gərginliyin artması ilə yüksəlir. Bu fazalararası məsafənin artması ilə (orta hesabla bu məsafə 6/10 kV–da 0,7 m olduğu halda, 500 kV–luq şəbəkədə 14 metrə qədərdir.Bəzi hallarda qəza prosesinin inkişafı dövründə qısaqapanmanın ilkin növü başqa növ Q.Q–yə keçir.

Qısa qapanmaların yaranmasının səbəbləri

Qısaqapanmanın çoxşaxəli yaranma səbəblərindən bir neçəsini göstərmək olur:

  1. İzolyasiyanın köhnəlməsi, izolyatorların səthinin çirklənməsi  və  mexaniki zədələnmə nəticəsində elektrik avadanlığının izolyasiyasının pozulması.
  2. Elektrik şəbəkəsi elementlərinin mexaniki zədələnməsi (E.V.X. – naqilinin qırılması və s.).
  3. Qısaqapayıcının iş fəaliyyəti ilə məqsədyönlü yaradılan qısa qapanma.
  4. Heyvan və quşlarla cərəyandaşıyıcı hissələrin ötürülməsi (qapanması)
  5. Əməliyyat heyətinin çevirmə aparılan zaman səhvi.

Elektrik sistemində Q.Q.–nın sayının azadılması “Elektrik qurğularının texniki istismar qaydaları”na ciddi riayət edilməsi və elektrotexniki sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi ilə təmin edilir.

Qısaqapanmanın nəticələri

  1. Sistemin dayanıqlığının pozulması ilə yaranan sistem qızaları. Bu Q.Q-nın ən təhlükəli nəticəsidir və o, kifayət qədər texniki – iqtisadi ziyana gətirib çıxarır.
  2. Q. cərəyanının təsirindən elektrik avadanlığının həddindən artıq qızması ilə əlaqədar olaraq onun texniki zədələnməsi.
  3. Cərəyankeçirici hissələr arasında böyük elektromaqnit qüvvələrin təsirindən elektrik avadanlığının mexaniki zədələnməsi.
  4. İstehlakçıların iş şəraitinin ağırlaşdırılması.Gərginliyin 1 san. və ondan çoxmüddətdə nominaldan aşağı, məsələn 60 – 70 % qədər enməsi zamanı sənaye müəssələrində mühərrəklərin kütləvi olaraq dayanması baş verə bilər. Bu isə öz növbəsində texnoloji proseslərin  pozulmasına və iqtisadi ziyanın yarnmasına səbəb ola bilər.
  5. Qeyri simmetrik Q.Q. zamanı qonşu rabitə və siqnalizasiya xətlərinə induksiyalanan elektrik qüvvəsi (E.H.Q.) xidmət heyəti üçün təhlükəli ola bilər.

Qısaqapanma hesablamalarının təyinatı

  1. Qəza rejimində istehlakçıların iş şəraitinin təyin edilməsi.
  2. Aparatların və keçiricilərin seçilməsi və elektrodinamik və termik dayanıqlıq şərtlərinə  görə onların yoxlanması.
  3. Rele mühafizəsi və avtomatika qurğularının layihələndirilməsi və sazlanması.
  4. Elektrik birləşmələrinin müqayisə edilməsi, qiymətləndirilməsi və seçilməsi.
  5. Mühafizə qurğularının layihələndirilməsi və yoxlanılması
  6. Rabitə xətlərinə e.v.x.–nin təsirinin təyin edilməsi
  7. Yerlə birləşdirilmiş neytalların sayının təyini və onların E.S–də yerləşdirilməsi
  8. Boşaldıcıların seçilməsi
  9. Qəzaların analizi
  10. Elektrik sistemində müxtəlif sınaqların keçirilməsinə hazırlığın yerinə yetirilməsi

Q.Q. hesabatının dəqiqliyi onun məqsədindən asılıdır. Beləliklə, elektrik aparatlarının seçilməsi və yoxlanması zamanı hesabatın yüksək dəqiqliyi tələb olunur, ona görə ki, onların bir növündən digərinə keçid halında aparatların parametrləri pillələrlə dəyişir. Rele mühafizəsi və avtomatika qurğularının seçilməsi zamanı hesabatın dəqiqliyi xeyli yüksək olmalıdır.

Bir Açıqlama Yazın