Elektrik mühəndisləri üçün faydalı məlumatlar

İki dayaq arasında məsafə aşırım adlanır. Aşırım uzunluğu 200 m-dən böyük olan hallarda küləyin təsiri ilə xətt məftillərinin rəqsi hərəkət və qorxulu titrəmələr yaranır. Küləyin müəyyən sürətlərində rəqsi hərəkətin dəyişən rezonans tezlikləri məftilin qırılması üçün təhlükəli olur. Onun qarşısının alınması üçün məftilin dayağa bağlandığı yerdən A və B məsafələrində ağırlıq yükləri asılır. Titrəyişsöndürücü ağırlıq yüklərinin içərisindəki yaylar ammortizasiya edərək yaranan titrəmə rəqslərini söndürür. 1920-ci ildə mühəndis olan Corc H. Stockbridge tərəfindən icad edilmişdir.

 

 

Bu Mövzuya Uyğun Başqa Məqalələr:

Bir Açıqlama Yazın