Elektrik mühəndisləri üçün faydalı məlumatlar

1. İşlədicilərin bir sistem şindən II keçirilməsi (I sistem sinin təmirə çıxarılması)

Əvvəlcə yüklərə və gərginliklərə baxıb onların normal həddə olması haqda məlumat vermək. Hər iki sistem şində yerlə əlaqənin olmamasını yoxlamaq. Şinlər arası açardan (ŞAA) avtomatika dövrəsini çıxarmaq. ŞAA  mühafizə ilə qoşmaq.

Yüklərin I və II sistem şinləri arasında paylanmasına baxmaq, normaldırsa ŞAA-dan mühafizəni çıxarmaq. Işlədicilərin II sistem şindən olan ayrıcılarını ardıcıllıqla qoşub I sistem şindən olan ayrıcılarını açmaq. I sistem şinin gərginlik transformatorundan 0,1 kV ayrıcılarını çıxarmaq. Sonra onun Isistem şindən olan ayrıcısını açmaq.

ŞAA açıb onda mühafizə olmamasını yoxlayıb onu torpaqlamaq.

2. İşlədicilərin I, ya da II işçi sistem şindən dolayı sistem şinə (DSŞ) köçürülməsi

Dolayı sistem şin açarının (DŞA) açıq vəziyyətini yoxlayıb, onun dolayı sistem şindən və I sistem şindən olan ayrıcılarını ardıcılıqla qoşmaq. DŞA mühafizəni işə qoşub, onu qoşmaq. əgər DSŞ-də gərginlik normaldırsa DŞA-dan mühafizəni çıxartmaq. Birləşmələrin DSŞ-dən olan ayrıcılarını növbə ilə qoşub və I sistem şindən olan ayrıcılarını ardıcıllıqla açmaq.

Transformator 1-in (T1) təmirə çıxarılması  Yüklərin keçməsini yoxlamaq.

I və II bölmə 10kV-da yerlə əlaqənin olmamasını yoxlamaq.

Bölmələr arası 10kV açarın (BAA-10kV) avtomatika sxemini çıxarıb, onu mühafizə ilə qoşmaq.Yükün I və II 10kV bölmələr arasında paylanmasını yoxlamaq.BAA 10kV-dan mühafizəni çıxarmaq.T1-in 10kV giriş açarını açmaq, yükün T2-in üzərinə keçməsini yoxlamaq.

T1-in yüksüz olaraq yüksək tərəfdən açmaq və transformatorun səsini yoxlamaq.Transformatorun yüksək tərəfdən açarın açıq vəziyyətində onun şin ayrıcısını açmaq, sonra 10kV tərəfdən şin ayrıcısını açmaq.Transformatorun yüksək və 10kV tərəfdən tam açıq olmasını yoxlamaq, sonra ardıcıllıqla yüksək gərginlik tərəfdə, sonra isə 10kV tərəfdə transformatora tərəf gərginliyin olmamasını yoxlayıb torpaqlamaq.

İkinci giriş açarını təmirə çıxarmaq üçün aparılan əməliyyatlar

I və II bölmələrdə yerlə əlaqənin olmamasını yoxlamaq. Bölmələr arası açardan (BAA) ehtiyyatın avtomatik qoşulması (EAQ) sxemini çıxarmaq, mühafizə ilə açarı qoşmaq. Yüklərin I və II bölmələr arasında paylanmasına baxmaq (normaldırsa).

BAA-dan mühafizəni cıxarmaq. 2-ci girişi açarını açmaq. Yükün 1-ci giriş açarına keçməsini yoxlamaq. 2-ci giriş açarının xətt və şin ayrıcılarını açmaq. Açarın hər iki tərəfində gərginliyin olmamasını yoxlayıb onu torpaqlamaq.

Təmirdən sonra normal sxemin bərpa olunması:

2-ci giriş açarından torpaqlamaları cıxarıb avadanlığın təmizliyini yoxlamaq. Açarın açıq vəziyyətini yoxlayıb onun həm xətt, həmdə şin ayrıcılarını qoşmaq.

Açarın mühafizə sxemini bərpa edib onu qoşmaq. Yükün 1-ci və 2-ci giriş açarları arasında paylanmasını yoxlamaq.

BAA  açmaq və yükün keçməsini yoxlamaq. BAA-da avtomatika və mühafizə sxemlərini bərpa etmək.

 

 

Bir Açıqlama Yazın